21 avqust 2016 20:20

Bursasporun forvardı: Azərbaycan yığmasının təklifini qəbul etdim

Türkiyənin “Bursaspor” klubunun oyunçusu Dəniz Yılmaz Azərbaycan yığmasından aldığı təklifi qəbul edib. Azerisport.az xəbər verir ki, hücumçu bunu Türkiyə mətbuatına açıqlamasında bildirib.

Neçə illərdi ölkəsinin yığmasında oynamağı arzulasa da, heç vaxt dəvət almayan Yılmaz 3 ildi yığmamızdan ona təklif edilən dəvəti nəhayət sonda qəbul edib. Futbolçu millimizi seçməsini belə şərh edib:

“9 ildi Türkiyə yığmasından dəvət gözləyirəm. 16 yaşlılardan ibarət komandada çıxış edəndə Avropa çempoinu olduq və o zamandan bəri əsas yığmadan təklif gözləyirəm. Bir çox komanda yoldaşlarım əsas millidə oynayır. Mən buna çox pis oluram. Gələn təkliflə bağlı atam, menecerim Ərdəm Karagöl, “Bursaspor”dakı məşqçilərim və rəsmilərlə məsləhətləşdim. Onlar həmişə gözləməyimi məsləhət gördülər. Ən son AÇ-yə çağrılan ilkin heyətə belə dəvət almadım. Bu mənə təsir etdi və bundan sonra ümidim üzüldü. Həmişə ay-ulduzlu formanı geyinmək istəmişəm. Ona görə də bu qərarı çətinliklə qəbul etdim”.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu il bursalıların heyətində meydana çıxdığı 12 qarşılaşmada 5 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.