21 avqust 2016 13:30

Ruslan Qurbanov: Yeni hücumçularımıza vaxt lazımdır

"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- İki turdan sonra 3 xal toplamısınız. AZAL (2:0) və "Zirə"yə (0:1) qarşı oyunlarınızı necə şərh edərdiniz?
- Mövsümə yaxşı başladıq. Səfərdə AZAL-a qalib gəldik. Əlbəttə, iki turdan sonra 6 xalımızın olmasını çox istəyirdik. Amma təəssüf ki, "Zirə"yə məğlub olduq.

- Buna nə səbəb oldu?
- Sadəcə, bu matçda ələ düşən qol şanslarından yararlana bilmədik. Amma rəqib öz qolunu vurdu və qalib gəldi.

- İkinci hissədə Vəli Qasımov meydana üç forvard buraxmışdı. Sizdən fərqli olaraq, Denilsonla Tira ümumiyyətlə qapıya zərbə endirə bilmədi. Bu, onların komandaya uyğunlaşa bilməməsindən xəbər verir, ya başqa səbəb var?
- Onlara vaxt lazımdır. Ümid edirəm ki, hər ikisi komandaya faydalı olacaq. Sadəcə, bir qədər gözləmək lazımdır.

- "Neftçi" ötən mövsüm medalçılar sırasına düşə bilmədi. Bu mövsüm necə olacaq?
- Ötən mövsüm artıq geridə qalıb. Bu mövsüm ancaq uğurlu nəticələr barədə düşünürük. Medallar uğrunda mübarizə aparacağıq. Necə alınacağını isə zaman göstərəcək.

- Premyer Liqada 8 klubun iştirakı futbola marağı azaldıb?
- Çempionatda 16-20 komandanın iştirakını istəyərdim. Amma nə etmək olar? Görünür, belə lazımdır.

- "Neftçi" növbəti matçını "Qarabağ"a qarşı keçirəcək. 3 xal qazana biləcəksiniz?
- "Qarabağ"ın çox güclü olduğunu yaxşı bilirik. Amma niyə də onlara qalib gəlməyək? Meydana qələbə üçün çıxacağıq.

- "Neftçi" fanatları komandanın uğursuz çıxışına cavab olaraq, oyunlarınıza gəlməməyə qərar veriblər. Onların bu boykoti sizin üçün ikiqat zərbə sayıla bilər?
- Azarkeşlərimizi başa düşürəm. Onlardan uğursuz nəticələrə görə bir daha üzr istəyirəm. Amma onların dəstəyi sayəsində uğur qazana bilərik. Çox istərdim ki, azarkeşlərimiz "Qarabağ"la oyuna gəlib, bizə dəstək olsunlar. Bu, bizim üçün çox vacibdir.

- "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansları barədə nə düşünürsünüz?
- Fikrimcə, hər iki komandamız buna nail ola bilər. Onların buna gücü də var. Hər iki təmsilçimizi qrup mərhələsində görməyi çox istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.