21 avqust 2016 09:30
Sumqayıt Səbaili darmadağın etdi
"Sumqayıt" daha bir yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda 1-ci divizion təmsilçisi "Səbail" klubu ilə üz-üzə gəlib.
"Sumqayıt Arena"da baş tutan görüş 5:1 hesabı ilə başa çatıb. Bu oyunda "Sumqayıt"dan qolları Amil Yunanov (3), Azər Salahlı və İbrahim Abidnejad vurub.
Xatırladaq ki, "Sumqayıt" daha öncə "Şahdağ"la keçirilmiş yoxlama oyununda 1:0 hesablı qələbə qazanmışdı.
