21 avqust 2016 01:05
Samir Məsimovsuz Domjale liderliyi əldən verdi
Futbol üzrə Sloveniya çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Olimpiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Samir ilk 5 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 6 turdan sonra 11 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb. Halbuki, bu komanda hesabat turuna kimi lider idi.
