Orxan qol vurdu, komandası qalib gəldi
Futbol üzrə Latviya birinci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Auda" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 4:3.
Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olub. Orxan isə 62-ci dəqiqədə meydana daxil olub.
23 qolla komandasının bombardiri olan Vüqar bu matçda fərqlənə bilməyib. Amma Orxan 83-cü dəqiqədə matçda son nöqtəni qoyaraq, komandasına vacib 3 xal qazandırıb. Bu, Həsənəliyevin cari mövsümdə vurduğu 9-cu qol olub.
Qeyd edək ki, geridə qalan turlarda 37 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.
