21 avqust 2016 00:05
Emin Nurinin komandası səfər qələbəsinə sevindi
İsveç çempionatında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Helsinqborq" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0. Əsas heyətin daimi üzvlərindən olan Eminin adı bu dəfə iştirak ərizəsində yer almayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 25 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.
