20 avqust 2016 23:30
Mahmudovun komandası xal itirdi
Futbol üzrə Portuqaliya Premyer Liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Belenenseş"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Eminin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta" 2 turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.
