20 avqust 2016 23:00
Ramil Şeydayevin klubu Super Liqaya qələbə ilə başladı
Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da ilk matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Ramil bu görüşün iştirak ərizəsində yer almayıb.
