20 avqust 2016 17:30
Damian Bohar: Qəbələ yaxşı komanda olsa da, ilk yarıda biz üstün idik
Sloveniyanın "Maribor" klubunun yarımmüdafiəçisi Damian Bohar Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyunumuzun niyə belə alındığını dəqiq demək çətindir. Ciddi analiz aparıb, hər şeyi dəqiq araşdırmaq lazımdır. "Qəbələ" yaxşı komandadır. Amma ilk yarıda biz çox yaxşı çıxış etdik. Mən sakitəm və hələ də inanıram ki, tribunalar bizə cavab oyununda əlavə güc verəcəklər və uğurlu nəticəyə imza ata biləcəyik".
