20 avqust 2016 17:00
Millimizin sabiq futbolçusu divizion klubunda
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, yeni yaradılan və növbəti mövsümdən birinci divizionda çıxış edəcək "Səbail" klubu ilə anlaşıb.
Tərəflər bir illik müqavilə imzalayacaqlar. Məlumatı saytımıza açıqlamasında futbolçu özü verib:
"Hazırda bu komanda ilə məşq edirəm. Bəli, klub rəhbərliyi ilə müqavilə ilə bağlı danışığımız olub. Amma hələ rəsmi müqavilə imzalamamışıq. Bu klubun perspektivli olması mənim üçün də maraqlıdır. Yəqin ki, yaxın günlərdə rəsmi müqavilə bağlayacağıq".
