20 avqust 2016 15:30
Tural Axundov: Penalti olub-olmadığını dəqiq görmədim
"Kəpəz"in kapitanı Tural Axundov Premyer Liqanın 3-cü turunda "İnter"ə qarşı keçirdikləri oyundan (2:2) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hakim rəqib qapısına penalti təyin edəndə epizoda yaxın deyildim. Ona görə də topun Zurab Xizanişvilinin əlinə dəyib-dəymədiyini görmədim. İkinci hissədə dubla imza ata bilərdim. Amma cərimə zərbəsi zamanı top qapı dirəyindən döndü. Orada qol olsaydı, hesab 3:1 olacaqdı. Elə olan halda qələbəyə bir qədər də yaxın olacqdıq. Alınmamasına çox təəssüflənirəm. İkinci buraxdığımız qola gəlinə, Tadas Simaitis çıxışda səhvə yol verdi. Amma belə səhvlər hər bir futbolçuda ola bilər. İstənilən halda biz növbəti matçlarda da ona dəstək olacağıq".
