20 avqust 2016 15:00
Prosineçki Qarabağ - Neftçi oyununu izləyəcək
Futbol üzrə Azərbaycan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 3-cü turunda daha bir oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabah keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, Prosineçki ötən gün 3-cü turun "İnter" - "Kəpəz" matçını da canlı izləyib.
