20 avqust 2016 14:30
Vəli Qasımov: Qarabağa qalib gəlmək üçün əlimizdən gələni edəcəyik
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Premyer Liqanın 3-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi ağır oyun gözləyir. "Qarabağ" ölkənin ən yaxşı komandası hesab olunur. Amma biz onlara qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Xüsusilə də son turda "Zirə"yə məğlub olduqdan sonra buna məcburuq. Rəqibin bizə qarşı hansı heyətlə oynayacağı məlum deyil. Nəzərə almaq lazımdır ki, onları Avropa Liqasında da qarşıda çox vacib oyun gözləyir. Amma bu komanda hansı heyətlə də oynasa, onlara qarşı oynamaq asan deyil. "Qarabağ"ın iki güclü heyəti var. Sadəcə, legionerləri səviyyəsinə görə bir qədər fərqlənir".
