20 avqust 2016 14:00
Marko Tavares: Qəbələni keçəcəyimizə ümidliyik
Sloveniyanın "Maribor" klubunun kapitanı Markos Tavares Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu (1:3) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ev oyununda hər şey tam fərqli olmalıdır. Uşaqların hamısı qarşıdakı matça pozitiv yanaşır. Biz qələbə qazanacağımıza, mərhələ keçəcəyimizə ümidliyik. Bunun üçün nə etməli olduğumuzu da bilirik. Əsas konsentrasiyanı saxlamaqdır. Hansı ki, ilk oyunda 3 dəqiqəyə iki qol buraxarkən konsentrasiyanı itirmişdik. Belə qollardan sonra oyunda dönüş yaratmaq çox çətin idi. Amma biz həmin qollara qədər sübut etdik ki, bu rəqibi keçə bilərik".
