20 avqust 2016 13:30
Neftçi Qarabağla oyuna itkilərlə çıxacaq
"Neftçi" Premyer Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu oyuna da iktilərlə çıxacaq.
Belə ki, zədəli olan Elşən Abdullayev ağdamlılara qarşı oynamayacaq. Murad Ağayevin bu oyunda iştirakı isə sual altındadır. O da ötən gün məşqdə zədələnib.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı avqustun 21-də "Əlincə Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
