20 avqust 2016 13:00
Qəbələnin futbolçusu Avstriya ilə oyuna çağırıldı
Futbol üzrə Gürcüstan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Avstriya ilə oyun üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Vladimir Vayss 28 futbolçuya dəvət göndərib.
Onların arasında "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiri də var. O, sentyabrın 5-də Gürcüstanda keçiriləcək oyunda iştirak şansı qazanıb.
