20 avqust 2016 12:30
İnter Gürcüstana yollanır
"İnter" Premyer Liqada yaranacaq fasilədən yararlanmaq üçün Gürcüstana təlim-məşq toplanışına yollanacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu avqustun 24-də qonşu ölkəyə yola düşəcək.
Komanda orada avqustun 2-nə qədər qalacaq. Tbilisidəki toplanış çərçivəsində Zaur Svanadze komandasını iki yoxlama oyununda sınaqdan keçirəcək.
