20 avqust 2016 12:00
Əzizov oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Ayaks"ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.
Ziya bu matçın iştirak ərizəsində yer alsa da, meydana buraxılmayıb.
Qeyd edək ki, "Den Boş" 3 turdan sonra 3 xalla 20 komanda arasında 14-cüdür.
