20 avqust 2016 11:30

Mads Albek: Qarabağla cavab matçında əks-hücumlara bel bağlayacağıq

İsveçin "Qöteborq" klubunun yarımmüdafiəçisi Mads Albek Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" üzərində 1:0 hesablı qələbə qazandıqları ilk oyundan sonra bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- İlk dəqiqələrdən müdafiə olunmağa başladınız...
- Bəli. "Qarabağ" çox yaxşı komandadır. Onlar topla çox yaxşı rəftar edirlər. Buna görə də biz meydanda topsuz çox qaçmalı olduq. Hətta bəzən çox geri çəkilmək məcburiyyətində qalırdıq. Amma avrokuboklarda nəticə qazanmaq üçün düzgün taktika qurmaq önəmlidir. Ona görə də biz bu qələbəyə görə çox şadıq.

- Qol epizodundakı cərimə zərbəsi zamanı Emil Salomonssonla birgə idiniz. Necə razılığa gəldiniz?
- Onunla məsləhətləşirdik ki, hansımız vursa, daha yaxşı olar. Birinci hissədə o, cərimə zərbəsi vurmuşdu. Hiss edirdim ki, bu dəfə mənim vurmağım daha yaxşı olar. Xoşbəxtlikdən uğurlu alındı.

- Cərimə zərbələri üzərində çox çalışırsınız?
- Bəli. Yakob Ankersenlə tez-tez məşqdən sonra qalıb, qapıya zərbələr üzərində işləyirik. Şadam ki, bu dəfə alındı.

- Cavab matçından nə gözləyirsiniz?
- Cütün taleyinə hələ aydınlıq gəlməyib. Bakıda oynamaq bizə çox çətin olacaq. Çünki orada hava istidir. Rəqib də topa çox yaxşı nəzarət etməi bacarır. Müdafiədə çox diqqətli oynamalıyıq. Necə ki, ilk oyunun birinci hissəsində oynadıq. Yəqin ki, əks-hücumlara bel bağlayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.