Şahin Diniyev: Qələbənin bir addımlığında heç nədən qol buraxdıq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Belə oyundan sonra danışmaq çətindi. Qələbənin bir addımlığında heç nədən qol buraxdıq. Amma uşaqlar buna görə ruhdan düşməməlidi. AZAL-la matç istisna olmaqla, əvvəlki oyunlarımızın hamısında fasilədən sonra üstün oynamışıq. Əsas odur ki, oyun var. Yaxşı oynamayıb xal qazansaq, buna görə narahat olardım. Julien Ebaha gəlincə, o, son dövrlər qol epizodlarından yararlana bilmirdi. Onu qıcıqlandırmaq üçün ehtiyatda saxlamışdım. Həm də bu, bir taktiki gediş idi. Hakimlərə gəlincə, onlar səhvlərə yol verirlər. Futbolçu gözünün qarşısında əllə oynayırsa və sən oyunu davam etdirirsənsə, daha nə demək olar?"
