Zaur Svanadze: Penaltiyə qədər yaxşı oynadıq
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyun barədə nə demək olar ki? Hər şeyi özünüz gördünüz. Üstünlük bizim tərəfimizdə idi. Penaltiyə qədər hər şey yaxşı gedirdi. Amma ondan sonra hər şey dəyişdi. İkinci hissəyə də yaxşı başladıq, lakin növbəti qolu buraxdıq. Buna baxmayaraq, uşaqlar xarakter göstərdilər, sonda hesabı bərabərləşdirdilər. Ötən mövsüm qapımıza altı penalti təyin olunmuşdu. Uşaqlarda artıq belə bir təəssürat yaranıb ki, hər oyunda qapımıza penalti təyin oluna bilər. Tezliklə çempionatda fasilə yaranacaq. Tiflisə gedib, orada toplanış keçməyi planlaşdırırıq. İki yoxlama oyunu da keçirəcəyik".
