19 avqust 2016 17:20
Sumqayıt Şahdağa qalib gəldi
Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutmalı olan "Qəbələ" - "Sumqayıt" oyunu məlum səbəblərdən təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu səbəbdən sumqayıtlılar yaranmış fasilədən maksimum yararlanaraq yoxlama oyunu keçirib.
Samir Abasovun rəhbərlik etdiyi komanda 1-ci divizion təmsilçisi "Şahdağ"la üz-üzə gəlib. "Sumqayıt" oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmada yeganə qolu Mirabdulla Abbasov vurub.
Xatırladaq ki, "Sumqayıt" axşam daha bir yoxlama oyununa çıxacaq. Komanda saat 19:00-da 1-ci divizion təmsilçisi "Səbail"lə üz-üzə gələcək.
















