19 avqust 2016 18:00
Sergey Zenyov: Bunu Mariborun baş məşqçisi düşünsün
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"u üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"3:1 hesablı qələbə cavab matçı öncəsi yaxşı nəticədir. Amma bu, arxayınlığa əsas vermir. Şadam ki, mən də qol vurdum. Lakin bundan da vacib olan sərfəli nəticə qazanmağımızdır. "Maribor" cavab oyununda bu qolların əvəzini necə çıxa bilər? Bunu qoy rəqib komandanın baş məşqçisi düşünsün".
