19 avqust 2016 17:40
Rauf Əliyev: Qarabağla Qəbələ qrup mərhələsinə vəsiqə qazanacaq
"İnter"in hücumçusu Rauf Əliyev "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una ilk oyunda uduzmasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" ilk oyunda uduzsa da, mərhələ keçməkdə çətinlik çəkməyəcək. Çünki "Qöteborq" dünənki oyunla Bakıda heç nə edəsi deyil. İsveçdəki oyunda meydan sahibləri demək olar ki, futbol oynamadılar. "Qarabağ"ın isə bəxti gətirmədi.
"Qəbələ" də Sloveniya "Maribor"unu keçəcək. Sloveniyalıların daha güclü olduğunu düşünürdüm. Amma "Qəbələ" ötən gün əla oynadı".
