19 avqust 2016 17:00

Eddi İsrafilov: İngiltərə klubuna keçməyə yaxın idim

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Kadis" klubuna transferi ilə bağlı bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- "Kadis"ə keçidiniz necə alındı?
- Klubun idman direktoru Xuan Karlos Kordero ilə, eləcə də Kike Pinoyla münasibətlərim çox yaxşıdır. Bu insanların harada olmasından asılı olmayaraq, yaxşı işlər gördüyünü bilirəm. "Kadis"ə keçməklə də oyunçi kimi artıracağıma əmin olduğum üçün bu klubu seçdim.

- Sequnda liqaqada təcrübəniz var. Komandaya kömək edə biləcəksiniz?
- Sequndada hər şey tam fərqlidir. Burada hər detala xüsusi diqqət yetirmək lazımdır. Meydanın mərkəzində böyük işlər görə biləcəyimi bilirəm. Bu mənada həm müdafiə, həm də hücum xəttinə köməyim dəyə bilər.

- Sizin İngiltərə klubuna keçəcəyiniz gözlənilirdi...
- Bəli, doğrudur. İngiltərə klubuna keçməyə çox yaxın idim. Amma bəzi səbəblərdən bu danışıqlar uğurlu yekunlaşmadı. Amma "Kadis"də olduğum üçün xoşbəxtəm.

- Meydanda əsas üstünlüyünüz nədir?
- Özümü çalışqan futbolçu hesab edirəm. Baş məşqçinin hər bir tapşırığını yerinə yetirməyə çalışıram. Komanda yoldaşlarıma görə özümü meydanda qurban verməyə hazıram.

- Hansı mövqedə özünüzü daha rahat hiss edirsiniz?
- Meydanın mərkəzində. Daha çox hücumda və ya müdafiədə vaxt keçirməyimdə heç vaxt problem görmürəm. Bu mənada universal olduğumu deyə bilərəm.

- Yeni şəhər və klub barədə nə bilirsiniz?
- "Kadis"də oynamış, oynayan tanış futbolçularla söhbətləşdim və hamısı müsbət fikirlər söylədilər. Özüm də bəzi məqamları diqqətlə araşdırdım və gördüm ki, klubun gələcəklə bağlı dəqiq planları var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.