19 avqust 2016 14:00
Tomas Roqne: Qarabağa qarşı çox səliqəli müdafiə olunduq
İsveçin "Qöteborq" klubunun yarımmüdafiəçisi Tomas Roqne Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yaxşı komandaya qarşı oynayacağımızı öncədən də bilirdik. Şübhəsiz ki, biz bir qoldan daha artığını vuracağımıza ümid edirdik. Müdafiədə çox səliqəli oynadıq".
