19 avqust 2016 12:00
Ramin Musayev: Qəbələdən 5:1 hesablı qələbə gözləyirdim
PFL prezidenti Ramin Musayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş "Qəbələ" - "Maribor" (Sloveniya) matçından sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ"dən 5:1 hesablı qələbə gözləyirdim, 3:1 oldu. Hətta hesab 0:1 olanda da qələbəyə şübhə etmirdim. Roman Qriqorçuk rəqibi yaxşı analiz edib.
"Qəbələ"nin "Sumqayıt"la çempionat matçının təxirə salınmasına gəlincə, komandamız Avropa Liqasında uğur qazanırsa, biz də ona əlimizdən gələn köməyi etməliyik. Məhz bunu nəzərə alaraq, "Qəbələ"yə güzəşt etdik. Həmin oyun sentyabrda keçiriləcək".
