19 avqust 2016 11:45
Qöteborqun kapitanı: Qarabağ Şaxtyor qədər sürətli olmasa da...
İsveçin "Qöteborq" klubunun kapitanı Mattias Byarsmyur Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Qarabağ"ı Donetsk "Şaxtyor"u ilə müqayisə etsək, ola bilsin ki, Ukrayna təmsilçisi qədər sürətli deyillər. Amma biz bu oyunda səylə müdafiə olunduq. Baxmayaraq ki, bu qədər müdafiədən oynamaq heç planlarımıza daxil deyildi".
