19 avqust 2016 11:30
AFFA Klublar Komitəsinin yeni iclası start götürdü
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilir. Azerisport.az xəbər verir ki, tədbirdə aşağıdakı klub rəsmiləri iştirak edirlər.
"İnter"in prezidenti Rəşad Qasımov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov, "Qəbələ" futbol akademiyasının direktoru müavini Nail Kərimov, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov və "Zirə"nin prezidenti səlahiyyətlərini yerinə yetirən Natiq İsmayılov.
Tədbirdə Azərbaycan yığmalarının baş həkimi də dəvət olunub.
