19 avqust 2016 10:30
Qəbələ Azərbaycanın xal ehtiyatını yaxşılaşdırdı
"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"u üzərindəki qələbəsi Azərbaycanın xal ehtiyatını yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, 3:1 hesablı qələbə ölkəmizə əlavə 0,250 xal qazandırıb.
Artıq Azərbaycanın son 5 il üçün göstəricisi 16,250 xala yüksəlib. Komandamız bu göstəricidə İsraillə 24-25-ci yerləri bölüşür.
