19 avqust 2016 01:50
Zirə AZAL-ı məğlub yola saldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 3-cü turun daha bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bu dəfə "Zirə" doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirib.
Dörd qolun vurulduğu qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.
Əvəzedicilərin çempionatı
3-cü tur
18 avqust
"Zirə" - AZAL - 3:1
Qollar: Yamin Ağakərimzadə, 1; İlkin Muradov, 40; Yasin Həmid, 78 - Rinat Aşurov, 47.
