19 avqust 2016 01:00

Yorgen Lennartson: Hədəf qalib gəlib, qol buraxmamaq idi, ona da nail olduq

İsveçin "Qöteborq" klubunun baş məşqçisi Yorgen Lennartson Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Nəticədən çox razıyam. Hədəfimiz qələbə qazanmaq və qapımızı toxunulmaz saxlamaq idi. Buna da nail olduq".

"Qarabağ" topa daha çox nəzarət etdi və bütövlükdə, meydanda dominantlıq edən tərəf idi. Amma oyunun əvvəllini həddən artıq müdafiədə keçirmək planlarımıza daxil deyildi. Tədricən öz cərimə meydançamızdan çıxmağı, bərabər səviyyəli oyun sərgiləməyi bacardıq".

"İkinci yarıda hücum xəttində nəsə etməyə çalışırdıq. Amma eyni zamanda onu da anlayırdıq ki, buna çox aludə olsaq, qarşılığı pis ola bilər. Çünki rəqibin çox sürətli və texnikalı futbolçuları var".

"Biz hesabı açdıqdan sonra rəqib qol vurmaq üçün bir qədər də aqressiv oyun göstərməyə çalışdı. Amma biz layiqli mübarizə apardıq. Belə oyunlarda da məhz bu cür çıxış etmək lazımdır".

"Futbolçularımızın oyunundan çox razı qaldım. Amma unutmayaq ki, bizi hələ qarşıda cavab oyunu var. Artıq biz növbəti 93-94 dəqiqəyə və Bakının 35 dərəcə istisinə hazırlaşmalıyıq. Orada bizi nə gözlədiyini bilirik. Səfərdə bir qol vursaq, rəqib üçün onun əvəzini çıxmaq ikiqat çətin olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.