19 avqust 2016 00:40
Filip Ozobiç: Rəqibin hesabı açması bizi ruhdan salmadı
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniyanın "Maribor" klubuna qarşı keçirdikləri ilk oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbəni belə şərh edib:
"Ağır oyun oldu. Belə olacağını bilirdik. Rəqib hesabı açsa da, buna görə ruhdan düşmədik. Qol vuracağımıza, qalib gələcəyimizə inanırdıq. Fasilədə baş məşqçi bizə nə etmək lazım olduğunu söylədi. Biz də onun tapşırdıqlarını edib, lazım olan qolları vurduq. Sloveniyada bizi ağır cavab matçı gözləyir. Buna görə də eyni tempdə davam etməliyik".
