19 avqust 2016 00:20

Roman Qriqorçuk: Rəqib matçın tempini qəsdən aşağı salırdı

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"u ilə oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

- Özünüzü hesab 0:1 olanda necə hiss edirdiniz, 3:1-dən sonra necə hiss etməyə başladınız?
- Hesabı lehimizə çevirmək barədə düşünürdüm. Hiss edirdim ki, dərhal qol vurmalıyıq. İndi də fərqli bir hiss keçirmirəm. Eyforiyaya qapılmamışam. Bu görüşü tez təhlil edib, növbəti matça yaxşı hazırlaşmalıyıq.

- Hesabda belə tez geri düşəcəyinizi gözləyirdinizmi?
- Artıq indi həmin vaxt nə düşündüyümü xatırlamıram. İndi məni daha çox qarşıdakı oyunlar üçün nəyi dəyişə biləcəyim maraqlandırır.

- Ən çox Rafael Santosa qışqırırdınız. Bu, nə ilə bağlı idi?
- Rafanı sevirəm. Qışqırırdım ki, bəzi məqamları düzəltsin (gülür). Amma ona əsəbləşməmişəm.

- Siz meydanın mərkəzini rəqibə qəsdən vermişdiniz, ya kənardan elə görünürdü?
- Müdafiədəki bəzi səhvlər taktiki planla bağlı idi. Amma fasilədə hər şey düzəldi.

- Üçüncü qoldan sonra sanki, komandanız meydanda nə edəcəyini bilmirdi...
- Yəqin ki, bu, strategiyadakı çatışmazlıqdan irəli gəlir. Mən komandanı yenə hücuma səsləyirdim. Müəyyən qol şanslarını boşa verdik. Bəlkə də rəqib qəsdən oyunun tempini aşağı salırdı.

- Rəqib həmkarınız Darko Milaniç üçüncü qolda qapıçıya qarşı qayda pozuntusu olduğunu söylədi...
- Bu barədə nəsə deməyə hazır deyiləm. Çünki həmin epizodu dəqiq görməmişəm, təkrarına baxmalıyam.

- Rəşad Sadiqovun əvəzində meydanın mərkəzində Vitali Vernidubu oynatdınız. Cavab görüşündə də belə olacaq?
- Növbəti oyunumuz barədə danışmağımız hələ tezdir. Cavab matçı üçün heyəti avqustun 25-də səhər saatlarında müəyyənləşdirəcəyəm. Oyunçularımı ayrılıqda qeyd etməyi xoşlamıram. Vernidub ondan nə gözləyirdimsə, onu etdi. Özü də yəqin ki, oyunundan razı qaldı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.