18 avqust 2016 23:40
Qurban Qurbanov: Şanslar bərabərdir
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə İsveçin "Qöteborq" komandasına 0:1 hesabıyla məğlub oldu. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nə isə fikirləşəcəyik. Şanslar bərabərdir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".
