Elxan Məmmədov: AFFA klublarımızın Avropada uğur qazanmasında maraqlıdı
AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş "Qəbələ" - "Maribor" (Sloveniya) matçından sonra açıqlama verib. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:1 hesablı qələbəsini belə şərh edib:
"Qəbələ"nin əsas hədəfi Avroliqanın qrup mərhələsində oynamaqdır. AFFA da klublarımızın belə turnirlərdəki uğurunda maraqlıdır. Çünki bu, həm də ölkəmizin maliyyə baxımından udması deməkdir. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da uğur qazanmaq istəyir. Yerli oyunçularımız az oynasa da, yenə bu, böyük uğurdur".
Məmmədov millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun İspaniyanın "Kadis" klubuna transferindən də danışıb: "Əsas odur ki, peşəkar liqada oynayacaq. Onun milliyə dəvət alıb-almayacağına isə baş məşqçi Robert Prosineçki qərar verəcək".
