18 avqust 2016 22:00
Eddi İsrafilov İspaniya klubu ilə müqavilə imzaladı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra İspaniyanın Sequnda Liqasında çıxış edən "Kadis"in şərəfini qoruyacaq.
"Real Mursiya"ya məxsus olsa da, son mövsümlərdə "Qranada", "Eybar", "Kordoba"da icarə əsasında oynayan millimizin futbolçusu "Kadis"ə azad agent kimi keçib. O, yeni klubu ilə 2018-ci ilə kimi müqavilə imzalayıb.
