Mahmud Qurbanov: Qarabağ və Qəbələnin taleyinə cavab matçında aydınlıq gələcək
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"ni Sloveniya "Maribor"u ilə çətin mübarizə gözləyir. Ümumiyyətlə, bu mərhələdə zəif rəqib gözləməyə dəyməz. Amma qrup mərhələsinə vəsiqə qazanmaq üçün bircə addım qalıb, onu da uğurlu etmək lazımdır. Komandamız öz qapısını toxunulmaz saxlamağa çalışmalıdır. "Qarabağ" isə əksinə, İsveçdəki oyunda mütləq "Qöteborq"a qol və qollar vurmalıdır. Hər iki oyunda cütün taleyinə cavab matçında aydınlıq gələcək. Klublarımızın rəqibləri öz ölkələrinin güclüləridir. Amma ötən mövsüm klublarımızın əldə etdiyi uğuru təkrarlamalarını, hər ikisinin qrupa vəsiqə qazanmasını istərdim".
