18 avqust 2016 15:30

Marko Şuler: Bakıda qol buraxmaq istəmirik

Sloveniyanın "Maribor" klubunun müdafiəçisi Marko Şuler Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Sizcə, "Qəbələ" ilə düşməklə bəxtiniz gətirib?
- Mən belə deməzdim. Əksinə, bizə güclü rəqib düşüb. Amma etiraf etməliyəm ki, daha güclü klublarla da qarşılaşa bilərdik.

- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Əlbəttə, optimist danışa bilərəm. Amma hamımız gözəl başa düşürük ki, bizi "Qəbələ" ilə çətin oyun gözləyir. Xüsusilə də Bakıdakı ilk oyun bizim üçün çox çətin keçəcək. Amma biz ümidimizi itirmirik. Çünki mübarizə iki 90 dəqiqədən ibarət olacaq. Hər şey ola bilər.

- "Maribor" Bakıda sürpriz edə bilər?
- İlk matçı Bakıda keçirməyimiz yaxşıdır. Amma cavab matçını doğma meydanda keçirməyimiz uğur qazanmağımıza zəmanət verə bilməz. Odur ki, ilk oyunda da müsbət nəticə üçün mübarizə aparmalıyıq.

- Minimal hesablı məğlubiyyət və ya qolsuz heç-heçə sizi qane etməyəcək?
- Biz cavab matçı öncəsi sərfəli nəticə qazanmaq istəyirik. Bakıda qol buraxmaq istəmirik. Qol buraxmasaq, Sloveniyada bizə daha rahat olacaq. Əks halda işimiz xeyli çətinləşəcək.

- "Qəbələ"nin son olaraq Fransanın "Lill" klubunu mübarizədən kənarlaşdırması sizi qorxutmur?
- Xeyr, qorxutmur. Amma rəqibimizə hörmətlə yanaşıram. Nəticələr də göstərir ki, "Qəbələ" hörmət tələb edir.

- "Maribor" "Qəbələ"ni keçə bilməsə, bu, sizin üçün faciə olmayacaq?
- Faciə? Təbii ki, yox. Amma şübhəsiz ki, mərhələ keçə bilməsək, çox təəssüflənərik. Çünki pley-offa qədər gəlib, burada uduzmaq üzücü olar. Arzu edirəm ki, daha layiq olan mərhələ adlasın.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.