18 avqust 2016 15:00
Zlatko Zahoviç: Qəbələyə qarşı iki ideal matç keçirməliyik
Sloveniyanın "Maribor" klubunun idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycanlılarla oyun bizim üçün bolqarlara ("Levski") və şotlandlara ("Aberdin") qarşı keçirdiyimiz matçlarla müqayisədə daha çətin olacaq. "Qəbələ" ötən il Avroliqanın qrup mərhələsində oynayıb. Bu da rəqib komandanın səviyyəsindən xəbər verir. Biz iki ideal matç keçirməliyik. Hədəfimiz evə münasib nəticə ilə qayıtmaqdır. Doğma meydanda isə azarkeşlərimizin də dəstəyi sayəsində uğur qazana bilərik".
