Arif Əsədov: Qarabağ da mərhələ adlaya bilər, Qəbələ də
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçirəcəyi oyunlardakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamaısnda o, bunları söyləyib:
"Qəbələ" "Lill" səddini inamlı şəkildə keçdi. Bu da pley-off oyunları öncəsi vacib məqamdır. Azarkeşlər artıq bu komandaya inanmağa başlayıblar. Bu klub ətrafında pozitiv aura yaranıb ki, qarşıdakı oyunlarda təsirini göstərməlidi. İnanıram ki, "Qəbələ" Sloveniya "Maribor"unu da keçəcək. İlk oyun doğma meydandadır, deməli, ən azı bir qol vurmaq lazımdır. 1:0 hesablı cavab matçına inamlı yollanmağa bəs edə bilər.
"Qarabağ"ın rəqibi zəif komanda deyil. Ağdam klubu psixoloji problemləri yoluna qoya bilsə, hər şey uğurlu alına bilər. "Qarabağ" ustalıq səviyyəsinə görə rəqibindən üstndür. Onlar bu rəqibi asanlıqla keçə bilərlər. Fikrimcə, Bakıda keçiriləcək cavab matçı öncəsi səfərdə hətta qollu heç-heçə də komandamız üçün yaxşı nəticə sayıla bilər".
