18 avqust 2016 13:30
Qöteborqun kapitanı: Bir neçə ilə öncə Azərbaycan komandalarına rahatca qalib gələ bilirdik, amma indi...
İsveçin "Qöteborq" klubunun kapitanı Mattias Byarsmyur Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bir neçə il öncə biz Azərbaycndan olan komandalara rahatca qalib gələ bilirdik. Amma indi Avropada futbol tam fərqli olub. "Qarabağ"ın da çox yaxşı heyəti var. İspaniyalı, braziliyalı legionerləri var. Yenicə cənubi afrikalı hücumçu ilə müqavilə bağlayıblar. Hansı ki, o, öz ölkəsinin də yığmasında oynayır".
