18 avqust 2016 12:00
Tom Peterson: Qarabağla oyunlarımız asan olmayacaq
İsveçin "Qöteborq" klubunun yarımmüdafiəçisi Tom Peterson Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" haqda müəyyən məlumatımız var. Onlar bir neçə dəfə Avroliqanın qrup mərhələsində çıxış ediblər. Bizə asan olmayacaq. "Qarabağ"ın oyunlarının videosuna baxmışam. Onlar oynamağı bacarırlar. Amma xüsusi nəsə deyə bilmərəm. Ümid edirəm ki, bu komandanı keçmək üçün yaxşı şansımız var. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"la oyunu karyeramın ən vacib görüşü hesab etdiyimi deməzdim. Amma əla oyunlar olacaq".
