Qəbələdən əzmkar qələbə, Qarabağ uduzdu
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri - "Qarabağ"la "Qəbələ" də pley-offda ilk matçına çıxıb.
Azərbaycan çempionu “Qarabağ” son mövsümlərdə olduğu kimi, Çempionlar Liqasındakı mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb. Qurban Qurbanovun komandası yenə pley-offda uğur qazanıb, ardıcıl üçüncü dəfə bu turnirin qrup mərhələsində oynamaq istəyir. Bu yolda İsveç "Qöteborq"unu mübarizədən kənarlaşdırmalı olan Ağdam klubu ilk matçını səfərdə keçirib. Təəssüf ki, komandamız səfərdə minimal hesablı məğlubiyyətlə üzləşib. Amma Ağdam klubu bir həftə sonra Bakıda keçiriləcək oyunda bu rəqibini mübarizədən kənarlaşdıra bilər.
"Qəbələ" isə ötən mövsüm əldə etdiyi uğuru təkrarlamağa çox yaxındır. Bu mövsüm də mübarizəyə ilk təsnifat mərhələsindən başlayan Roman Qriqorçukun komandası Sloveniya "Maribor"unu da mübarizədən kənarlaşdırıb, ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamaq iddiasındadır. Bu rəqiblə ilk oyunu Bakıda keçirən təmsilçimiz səfər matçı öncəsi sərfəli nəticə qazanmağa borclu idi. Qarşılaşmada hesabı qonaqlar açsa da, "Qəbələ" sonra bunun əvəzini artıqlaması ilə çıxa bilib - 3:1.
Komandalarımızın bu rəqiblərlə cavab görüşləri avqustun 25-də keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunları
18 avqust
“Qöteborq” - “Qarabağ” - 1:0 (0:0)
Qol: M.Albek, 56 (1:0).
Sarı vərəqə: R.Sadıqov, 13. T.Pettersson, 27. R.Almeyda, 88. M.Smedberq, 90.
Hakimlər: Pavel Raçkovski, Radoslav Sneyka, Mihal Obukoviç, Tomaş Kvyatkovski (hamısı Polşa).
Qöteborq. “Qamla Ullevi” stadionu.
“Qöteborq”: 1. Con Alvboqe, 2. Emil Salomonsson, 3. Skott Ceymison, 7. Mads Albek, 8. Seren Riks (27. Billi Nordström, 88), 9. Yakob Ankersen, 10. Tobias Hyusen (11. Martin Smedberq, 83), 16. Mikael Boman, 24. Tom Pettersson, 28. Tomas Roqne, 30. Mattias Byarsmyur (k).
Ehtiyat oyunçular: 12. Pontus Dalberq, 13. Elias Omarsson, 14. Yalmar Yonsson, 18. Louson Sabah, 22. Adam Yohansson.
Baş məşqçi: Yorgen Lennartson.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem (17. Namiq Ələsgərov, 72), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui.
Baş məşqçi: Qurban Qurbanov.
“Qəbələ” – “Maribor" - 3:1 (1:1)
Qollar: Tavares, 17 (0:1). S.Zenyov, 37 (1:1). B.Dabo, 50 (2:1). B.Dabo, 52 (3:1).
Sarı vərəqə: M.Şuler, 29. B.Vrhoveç, 58.
Hakimlər: Aleksey Kulbakov, Vitali Malyutin, Oleq Maslyanko, Denis Şerbakov (hamısı Belarus).
Bakı. “Dalğa Arena”.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub (4. Elvin Camalov, 90), 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç (11. Asif Məmmədov, 80), 20. Rikardinyo, 27. Teo Uiks (32. Rəşad Eyyubov, 90+2), 44. Rafael Santos (k).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Qismət Əliyev, 13. Murad Musayev, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Maribor": 33. Yasmin Handanoviç, 3. Erik Yanja, 4. Marko Şuler, 5. Blaj Vrhoveç, 6. Aleks Pihler, 9. Tavares (14. Sanni Omoreqi, 80), 11. Milivoe Novakoviç, 22. Dare Vrşiç (20. Qreqor Bayde, 72), 35. Rodriqo Defendi, 39. Damyan Bohar (8. Santyaqo Solelix, 72), 44. Denis Şme.
Ehtiyat oyunçular: 69. Matko Obradoviç, 7. Amar Rahmanoviç, 28. Mitya Viler, 70. Aleş Mertel.
Baş məşqçi: Darko Milaniç.
