18 avqust 2016 01:30
Millimiz Özbəkistanı darmadağın etdi
Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası Daşkənd şəhərində Özbəkistan yığması ilə daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 6:2 futzalçılarımızın xeyrinə başa çatıb.
Millimizin heyətində Teles Martins 4 qol vurub. Hərəyə 1 dəfə Fineo de Araujo və Vilyams fərqlənib.
Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınmışdı.
