17 avqust 2016 21:30

Roman Qriqorçuk: Mariborun nəyə qadir olduğunu bilirik

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniyanın "Maribor" klubuna qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin cavablarla tanış edir.

- Ötən mərhələdə Fransanın "Lill" klubu üzərindəki qələbədən sonrakı eyforiya keçib?
- Ondan sonra nə qədər vaxt keçib, hadisə olub. Ona görə də hansısa eyforiyadan söhbət gedə bilməz.

- "Maribor"un oyunlarını izləyə bilmisiniz?
- Bəli. Məlumatım çoxdur. Futbolçulara da təqdim etmişik. Rəqibin nəyə qadir olduğunu bilirik.

- Heyəti müəyyənləşdirmisiniz?
- Heyətlə bağlı öz fikirlərim var. Amma start heyətini tam olaraq sabah müəyyənləşdirəcəyəm.

- Azərbaycanda ən populyar ukraynalısınız. Ukraynalıların dəstəyi sizi qane edir?
- Həmyerlilərim mənə dəstək olurlar. Onların, Ukraynanın Azərbaycandakı səfirinin dəstəyini görmək xoş oldu. Azərbaycanda özümü çox yaxşı hiss edirəm.

- "Maribor" əvvəlki rəqiblərinizdən nə ilə fərqlənir?
- Mən rəqibləri gücünə görə müqayisə etmirəm. Bunu etmək çətindir. Bunlar hamısı subyektiv fikirlərdir. Mən ancaq oyun üslublarına görə müqayisə apara bilərəm. "Maribor" rəngarəng oyun sərgiləyir. Hücuma çox sürətlə keçirlər və bu, onların əsas silahıdır. Komanda real olaraq güclüdür.

- Kapitan Rəşad Sadiqovsuz oynamaq çətin olmayacaq?
- İstənilən oyunçunun itkisi xoşagəlməzdir. Rəşad da bizim üçün önəmli fiqurdur. Yaşına baxmayaraq, o, bu mövsüm çox inkişaf edib. Sabah başqa oyunçuya şans verəcəyk. Buna sakit yanaşmaq lazımdır. Problemlərdən danışmaq istəməzdim.

- Şansları necə dəyərləndirərdiniz?
- Adətən belə proqnozlar vermirəm. Ən azı bir faiz şans varsa, ona görə lazım gəlsə, meydanda ölmək lazımdır. Amma indi bizim şansımızın bir faizdən daha çox olduğunu düşünürəm.

- Bir qədər qayğılısınız. Bu, nə ilə bağlıdır?
- Bu, qarşıdakı oyuna kökləndiyimə görədir. Sabah bizi çox çətin matç gözləyir. Bu rəqibə qalib gəlmək üçün superoyun gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.