17 avqust 2016 20:15
Rodriqo Defendi: Bakının isti havası bizə problem yaratmayacaq
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Sloveniyanın "Maribor" klubunun futbolçusu Rodriqo Defendi bu gün mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim üçün çox vacib oyundur. Evə sərfəli nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. İsti havanın bizə problem yaradacağını düşünmürəm. Sloveniyada da oxşar hava var. Avropa Liqasında asan oyun olmur. Güclü turnirdə çıxış edirik. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Diqqətli oynamağımız lazımdır".
