17 avqust 2016 18:30

Deyan Kelhar: Qəbələ Maribordan daha şanslıdır

"Qəbələ"nin sabiq müdafiəçisi Deyan Kelharın azerisport.az saytına müsahibəsi

- "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Sloveniya "Maribor"u sabiq komandanız üçün nə dərəcədə münasibət rəqibdir?
- "Qəbələ"nin "Maribor"la qarşılaşacağını öyrənəndə çox sevindim. Azərbaycanda oynadığım üçün Sloveniyada futbolunuzdan az-çox məlumatı olanlar var. "Qəbələ" də hər gün inkişaf edir. Avropa Liqasının pley-off mərhələsində zəif rəqib olmur. Amma mənə elə gəlir ki, "Qəbələ" "Maribor"la müqayisədə daha şanslıdır.

- Deməli, cütün favoriti kimi "Qəbələ"ni görürsünüz?
- Əslində, kimin favorit olduğunu söyləmək çətindir. Çünki "Maribor"un da avrokuboklarda böyük təcrübəsi var. Tutaq ki, buna görə "Maribor"u favorit saydıq. Bəs belə olan halda komanda öz üzərində təzyiq hiss etsə, onda necə olacaq? (gülür)

- Sloveniya futbol ictimaiyyəti bu görüşlərdən nə gözləyir?
- "Maribor"un heyətində Sloveniya yığmasının futbolçuları çıxış edir. Futbol sahəsində çalışanlar belə hesab edirlər ki, mərhələni "Qəbələ" keçəcək. Amma digərləri də belə qənaətdədirlər ki, "Maribor" zəif rəqiblə düşüb və qrup mərhələsində oynamaq şansı yüksəkdir.

- "Qəbələ"nin sabiq futbolçusu keçmiş komandanıza nə kimi kömək edə, rəqib barədə hansı vacib məqamları deyə bilərsiniz?
- Yaxşı sualdır. Keçmiş komandama kömək etməyə hər zaman hazıram. "Maribor"a qarşı çox oyun keçirmişəm və güclü cəhətlərini bilirəm. Onların nə kimi səhvlər edə biləcəyindən də xəbərim var.

- "Qəbələ" üçün əsas təhlükə mənbəyi Novakoviç olacaq, ya Tavares?
- Hər ikisi güclü futbolçudur və "Qəbələ"yə problem yarada bilər. Vrşiçi də unutmaq olmaz. Əminəm ki, "Qəbələ" "Maribor"un oyununu yaxşı analiz edəcək. "Qəbələ" ev oyununda yaxşı nəticə qazansa, səfərdə üstünlüyünü qoruya bilər.

- Bir neçə gün öncə "Maribor"un iki futbolçusu avtomobil qəzasında dünyasını dəyişdi. Səncə, bu komanda həmin hadisənin şokundan çıxa biləcək?
- Bu, tək "Maribor" üçün qara gecə deyildi. Bizim hər birimiz belə bir aqibətlə üzləşə bilərik. "Maribor" çətin günlərini yaşayır. Fikrimcə, bu faciə futbolçulara və məşqçilərə təsirsiz ötüşə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.