17 avqust 2016 17:00
Qöteborq Qarabağla oyuna 19 futbolçu ilə hazırlaşır
İsveçin "Qöteborq" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi ilk oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu oyuna 19 futbolçu ilə hazırlaşır.
Baş məşqçi Yorgen Lennartson Ağdam klubu ilə görüşdə bu futbolçuların xidmətindən yararlana biləcək: Con Alvboqe, Pontus Dalberq, Adam Yohansson, Emil Salomonsson, Tomas Roqne, Mattias Byarmyur, Billi Nordstrem, Skott Ceymison, Yalmar Yonson, Mads Albek, Seren Riks, Yakob Ankersen, Martin Smedberq, Prosper Kasim, Louson Sabah, Tom Pettersson, Tobias Hyusen, Elias Mar Omarsson, Mikael Boman.
Qeyd edək ki, "Qöteborq" - "Qarabağ" matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götrəcək.
