17 avqust 2016 16:40
Prosineçki İsveçə köməkçisini göndərdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveç "Qöteborq"u arasında keçiriləcək ilk oyunu izləməyə köməkçisini göndərmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis İsveçə Elxan Abdullayevi göndərib.
Qeyd edək ki, "Qarabağ"la "Qöteborq" arasındakı ilk matç sabah keçiriləcək.
